Iran International-ın məlumatına görə, İranda davam edən kütləvi etirazlar fonunda Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri və hərbi bölmələr göndərilib.
Qeyd olunur ki, dünən Cənubi Azərbaycanın türklərinin hüquqlarının müdafiəsini dəstəkləyən fəal Yürüş Mehralibəyli saxlanılıb. Mənbələrin bildirdiyinə görə, həbs onun Instagram-da ölkədəki sosial-iqtisadi və mədəni vəziyyətlə bağlı danışdığı, həmçinin etiraz aksiyalarına dəstək ifadə etdiyi videonu paylaşmasından sonra baş verib.

