İranın Amerika tərəfinə təqdim etdiyi münaqişənin həlli planının alternativi yoxdur. Bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bəyan edib.
Qalibaf “X” sosial şəbəkəsində yazıb:
14 bəndlik təklifdə əksini tapan İran xalqının hüquqlarını tanımaqdan başqa seçim yoxdur. İstənilən başqa yanaşma tamamilə nəticəsiz olacaq və uğursuzluqlar silsiləsindən başqa bir şeyə çevrilməyəcək.
Onun sözlərinə görə, Vaşinqton nə qədər çox “vaxt uzatsa”, bunun bədəlini amerikalı vergi ödəyiciləri bir o qədər ağır ödəyəcək.

