Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun nəşi Azərbaycana gətirilib.
DenMedia.az xəbər verir ki, bu barədə APA -ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, diplomat Göyçayda dəfn olunacaq.
Xatırladaq ki, Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil Rza oğlu İmranov mayın 23-də xidməti vəzifəsini yerinə yetirərkən baş verən yol qəzası nəticəsində həlak olub.

