Mayın 23-də Azərbaycanın İran İslam Respublikasında ağır avtomobil qəzasında dünyasını dəyişən Ramil İmranov Göyçayda toprpağa tapşırılıb.
Denmedia.az xəbər verir ki, dəfn mərasimində Azərbaycanın XİN-nin müavini Samir Şərifov nazirliyin digər vəzifəli əməkdaşları eləcədə Göyçay rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon içtimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə mərhumla ata ocağında son dəfə vida mərsimi keçrilib namaz qılınıb dualar oxunub.
Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun nəşi may ayının 25-də səhər saatlarında Azərbaycana gətirilib və onun böyüyüb boya başa çatdığı Göyçay rayon Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki,Ramil İmranov may ayının 23-də öz xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi ərazisində ağır avtomobil qəzasına düşərək dünyasını dəyişib.Ramil İmranov 2023 –cü ildən Azərbaycanın İran İslam Respublikasında Təbriz konsulu kimi fəaliyyət göstərirdi.O 19 il idi ailəli idi və onun bu izdivacdan iki oğlan övladı var.
Aqil Əsədov
Denmedia.az

