ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında razılaşma şərtlərinin artıq razılaşdırıldığına dair məlumatları təkzib edib.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Vens cümə axşamı jurnalistlər qarşısında çıxışı zamanı bununla bağlı açıqlama verib.
“ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə bildirib ki, Vaşinqton İranla hələ razılaşma əldə etməyib”, deyə RİA Novosti məlumatın mətnindən sitat gətirib.

