ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında Ukrayna münaqişəsinin tezliklə sona çata biləcəyinə yenidən əminliyini ifadə edib.
O, hər iki tərəfdən qurbanların sayını qəbuledilməz adlandırıb və vəziyyəti yekun mərhələyə gətirdiyini bildirib.
“Qoy razılaşsınlar. Vəziyyəti bu mərhələyə mən gətirmişəm və düşünürəm ki, hər şey yoluna düşəcək. Məncə, biz artıq yaxınıq”, deyə Tramp qeyd edib.
Açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüş təklifi yer alan məktub dərc etməsindən sonra səslənib.
Kremldən bildirilib ki, Rusiya lideri həmin müraciəti alıb və onunla tanış olub.

