ABŞ vitse-prezidenti Cey Di Vens Fox News telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonla Tehran arasında sazişin bağlanması Yaxın Şərqdə vəziyyəti yaxın 50 il üçün köklü şəkildə dəyişə bilər.
Onun sözlərinə görə, bu razılaşma həm də müharibəyə son qoya bilər.
“Əgər iranlılar bu sazişin şərtlərinə əməl etsələr, bu, Yaxın Şərqi yaxın 50 il üçün köklü şəkildə dəyişəcək. Bu, müharibəyə son qoyacaq, Yaxın Şərqi investisiyalar üçün daha cəlbedici edəcək. Bu, Amerika xalqı üçün rifah və enerji daşıyıcılarının daha aşağı qiymətləri demək olacaq”, — deyə Vens bildirib.

