ABŞ və İran arasında təxminən 4 ay davam edən müharibədən sonra imzalanan müvəqqəti atəşkəs çərçivəsində diplomatik prosesdə mühüm mərhələyə keçilib. İran və ABŞ nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər.
“Haberler.com”un məlumatına görə, Pakistanın vasitəçiliyi ilə aparılan prosesdə tərəflər 60 günlük atəşkəs dövründə qalıcı razılaşmanın şərtlərini müzakirə edəcəklər.
İran dövlət mediası yüksək səviyyəli iranlı rəsmilərin İsveçrəyə çatdığını açıqlayıb.



