ABŞ hakimiyyəti, eləcə də İran nümayəndələri və regiondakı vasitəçilər 45 günlük mümkün atəşkəsin şərtlərini tənqid edir.
Axios portalının məlumatına görə, tərəflər təklif olunan variantlarla razılaşmayıb.
Məlumata əsasən, son günlər ABŞ İran tərəfinə bir neçə təklif təqdim etsə də, onların hamısı rədd edilib.
Hazırda isə tərəflər və vasitəçilər 45 günlük atəşkəs variantını müzakirə edir. Bildirilir ki, bu razılaşma əldə olunarsa, münaqişənin yekun həllinə yol aça bilər.

