ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 50-yə yüksəlib, 500-dən çox insan yaralanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar arasında beş qadın və iki azyaşlı var.
Yaralananlar arasında isə 32 qadın, 18 uşaq və yeniyetmə yer alır.

