Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum ediləcək.
Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Qaribaşvili təqsirini etiraf etmə sazişi imzalayıb. Razılaşmaya əsasən, o, 1 milyon lari məbləğində cərimə olunub və cinayət yolu ilə əldə etdiyi vəsaiti, həmçinin evində aparılan axtarış zamanı götürülən pulları dövlətə təhvil verməyə borcludur.

