Denmedia.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qağnidze xüsusi brifinqdə bildirib ki, ölkənin keçmiş baş naziri İrakli Qaribaşvili bir neçə il ərzində qanunsuz maliyyə gəlirləri əldə etdiyini etiraf edib.
Qağnidzenin sözlərinə görə, Qaribaşvili könüllü şəkildə ifadə verməyə gəlib və istintaqla tam əməkdaşlıq edir.
“Qaribaşvili istintaqla tam əməkdaşlıq edir və bir neçə il ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib,” — deyə xüsusi xidmət orqanının nümayəndəsi bəyan edib.