Ukrayna Silahlı Qüvvələri döyüş tapşırığı zamanı Mi-24 hərbi helikopterini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci ayrıca ordu aviasiya briqadası “Xerson” sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, helikopterin ekipaj üzvləri həlak olub. Paylaşımda qeyd olunur ki, hərbçilər əməliyyatdan geri qayıtmayıblar və bu itki “əvəzolunmaz” kimi qiymətləndirilib.

