Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron" kompleksində baş verib.
Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.
O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

