Teatr və kino aktyoru Vladimir Dovjik 58 yaşında vəfat edib. Bu barədə “İnsan” Teatrının “VKontakte” səhifəsində məlumat verilib.
Paylaşımda qeyd olunur ki, Dovjik “çoxşaxəli və ağıllı aktyor, eyni zamanda incə və istedadlı rejissor” olub və mədəniyyət ocağının inkişafına böyük töhfə verib.
“‘İnsan’ Teatrı Vladimir Davidoviçin doğmalarına, yaxınlarına, həmkarlarına və çoxsaylı pərəstişkarlarına dərin hüznlə başsağlığı verir. Əziz xatirəsi!”
Bildirilir ki, Dovjik 1998-ci ildə teatrın truppasına qoşulub və həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. O, “Begemot balası Bantikin macəraları” və “Maşa haqqında” tamaşalarında iştirak edib, həmçinin “İncəsənət” tamaşasında əsas rollardan birini canlandırıb.
Aktyor yaradıcılığı dövründə 100-dən çox ekran işində çəkilib. O, “Sklifosovski”, “Brigada”, “Internı”, “Sled” və digər seriallarda da rol alaraq tamaşaçı yaddaşında iz qoyub.

