Ukrayna Prezidenti Volodimir Zelenskiy ABŞ Prezidenti Donald Trump ilə telefon danışığında Rusiya ilə münaqişənin ilin sonunadək nizamlanacağına ümid etdiyini bildirib. Məlumatı Axios yayıb.
Tramp isə cavabında qarşıdurmanın həddindən artıq uzandığını qeyd edərək, onu bir ay ərzində başa çatdırmağı üstün tutduğunu deyib.
Söhbət Davosda keçirilən görüşdən sonra ilk təmas olub və 30 dəqiqə davam edib. Dialoqun digər detalları açıqlanmayıb.

