Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir.
Keçirilən növbəti tədbir zamanı əvvəllər güclü təsiredici psixotrop maddələrin satışı ilə bağlı məhkum olunmuş Fuad Həsənov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

