ABŞ-ın Cənubi Karolina ştatında pastor və onun həyat yoldaşı övladlığa götürdükləri uşağın verdiyi ifadədən sonra həbs edilib. Bu barədə Fox News məlumat yayıb.
Riçlend dairəsinin şerif ofisinin məlumatına görə, 50 yaşlı Rodni Gibson və Kaviana Yanq azyaşlıya qarşı qanunsuz hərəkətlərdə ittiham olunurlar. Gibsona qarşı əlavə olaraq birinci və ikinci dərəcəli seksual zorakılıq ittihamları da irəli sürülüb.
İstintaqın bildirdiyinə görə, ötən ay zərərçəkmişlərdən biri cütlüyün evində yaşadığı müddətdə baş verən zorakılıqlar barədə məlumat verib. Versiyaya əsasən, Gibson uşağa 15 yaşından etibarən sistemdən çıxana qədər zorakılıq edib.
Cənubi Karolina Sosial Xidmətlər Departamenti qeyd edib ki, Yanq 2021–2025-ci illərdə övladlığa götürən valideyn lisenziyasına malik olub və evdə altı uşağa baxıb. Bununla belə, o, Gibsonun onunla birlikdə yaşadığını rəsmən göstərməyib.
İstintaq hesab edir ki, zərərçəkənlərin sayı daha çox ola bilər və mümkün qurbanlar və ya şahidlər hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırılır.

