Biləsuvar rayonunda iki kiçikhəcmli yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ələddin Babayevin idarə etdiyi Ford Transit markalı avtomobil eyni istiqamətdə hərəkət edən Mercedes markalı yük avtomobili ilə toqquşub.
Mercedes-in sükanı arxasında Bakı sakini, 1981-ci il təvəllüdlü Kəramət Ağayev olub.
Qəza nəticəsində Ələddin Babayev həyatını itirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
FHN əməkdaşları həlak olan sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Meyit müvafiq müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

