Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb.
Den.az xəbər verir ki, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. Lerikdə F.Hacıyev turdan (qrupdan) bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyit dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Lerikə istirahətə gedən şəxs ölüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.