Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
İki “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri — 1993-cü il təvəllüdlü Mirəli Mirməhdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılaraq hospitalizasiya olunublar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

