Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Qasımova Zabitə, 1998-ci il təvəllüdlü Qasımova Nurşən, 2020-ci il təvəllüdlü Qasımova Banu və 2023-cü il təvəllüdlü Qasımov Azər xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

