Braziliyada iyulun 26-da itkin düşən 5 yaşlı Joao Qabriel Ferreyra dus Santosun meyiti yaşadığı evin yaxınlığındakı peyin çənində aşkarlanıb.
G1 portalının məlumatına görə, uşaq valideynlərinin yaşadığı quşçuluq fermasında həyət tualetinə getdikdən sonra yoxa çıxıb.
Onun meyiti iyulun 28-də, üzəri plyonka ilə örtülmüş üzvi tullantı çənində yığılan suyun içində tapılıb. Çənin dərinliyinin təxminən iki metr olduğu bildirilir.
Ərazi hasarlansa da, hasarda uşağın keçə biləcəyi boşluğun olduğu müəyyənləşdirilib.
İstintaq orqanları hadisənin bədbəxt hadisə olub-olmadığını araşdırır və cinayət ehtimalını da istisna etmir.

