Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, qərar bayram günlərində artan sərnişin tələbatını qarşılamaq məqsədilə qəbul edilib.
Qeyd olunan tarixlərdə Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik qatar reysləri də mövcud hərəkət cədvəlinə uyğun həyata keçiriləcək.
Əlavə qatar Bakıdan Ağstafaya saat 09:20-də, əks istiqamətdə isə Ağstafadan Bakıya saat 17:15-də yola düşəcək.
Biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və dəmir yolu kassalarından əldə etmək mümkündür.

