Oğuz rayonunda meşəlik ərazidə kişi meyiti aşkar edilib.
Hadisə oktyabrın 31-də səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

