Türkiyə Ukraynadakı müharibənin nizamlanması məqsədilə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu ABŞ-yə bildirib.
Məlumata görə, Ankara həm texniki səviyyədə, həm də dövlət liderlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşləri təşkil etməyə hazırdır.
“Türkiyə Ukrayna ilə bağlı danışıqlara həm texniki, həm də ən yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır. Vaşinqtonun münaqişənin nizamlanması istiqamətində həyata keçirdiyi təşəbbüslər fonunda bu mesaj ABŞ tərəfinə çatdırılıb”, – deyə açıqlamada bildirilib.
Həmçinin qeyd olunub ki, Ankara mümkün danışıqların formatından və səviyyəsindən asılı olaraq diplomatik təmasların keçirilməsi üçün müvafiq şərait yaratmağa hazırdır.

