“Akron” klubunun futbolçusu Artyom Dzyuba müdafiədə ən az aktiv olan oyunçuların reytinqində “Al-Nassr”ın ulduzu Cristiano Ronaldo ilə ikinci yeri bölüşüb. Reytinq CIES tərəfindən hazırlanıb.
Hər iki futbolçunun göstəricisi 0,74 olub. Siyahının ilk pilləsində isə “Inter Miami”nin hücumçusu Lionel Messi qərarlaşıb — 0,70.
Beşinci yeri isə Rusiya Premyer Liqasının iki oyunçusu — “Rubin”dən Mirlind Daku, “Krasnodar”dan John Cordoba və “Real Madrid”dən Kylian Mbappe bölüşür — 0,77.
Araşdırma son bir ildə ən azı 1000 dəqiqə oynayan və 46 yüksək liqanı əhatə edən futbolçular üzərində aparılıb. Metodologiya oyunçunun top rəqibdə olarkən komanda yoldaşları ilə müqayisədə nə qədər hərəkət etdiyini ölçür.
37 yaşlı Dzyuba cari mövsümdə “Akron”un heyətində 23 oyunda 8 qol vurub və 5 assist edib.

