Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda lider Al-Nassr sonuncu pillədə qərarlaşan Al Najmanı qəbul edib. King Saud University Stadionunda keçirilən oyunda Al-Nassr 5-2 hesabı ilə qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb.
Al-Nassrın qollarını 45+8-ci dəqiqədə Al Hamdan, 45+9 və 90+5-ci dəqiqələrdə Sadio Mane, 56 və 73-cü dəqiqələrdə isə Cristiano Ronaldo vurub. Qonaq komandanın qollarını isə 44-cü dəqiqədə Al Tulayhi və 47-ci dəqiqədə Felippe Cardoso qeyd edib.
Bu nəticə ilə xalını 70-ə çatdıran Al-Nassr liderliyini qoruyub. Al Najma isə 8 xalla sonuncu pillədə qalıb.
Bu qollarla Cristiano Ronaldo karyerasındakı qol sayını 967-yə çatdırıb və 1000 qol hədəfinə daha da yaxınlaşıb.
Matçın 56-cı dəqiqəsində penalti zərbəsi ilə komandasını önə keçirən Ronaldonun zərbə öncəsi “Bismillah” deməsi sosial şəbəkələrdə geniş yayılaraq gündəm olub.

