“İnter Mayami” futbol klubunun kapitanı və hücumçusu Lionel Messi dünyanın ən yaxşı müdafiəçisinin adını açıqlayıb.
Den.az-ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı hesab edir ki, bu, “Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romerodur.
"Düşünürəm ki, Kristian Romero hazırda dünyanın ən yaxşı müdafiəçisidir. O, Ekvadora qarşı çox yaxşı oynadı və fikrimcə, oyunun adamı oldu. Onun müdafiədə olması mənim başıma gələ biləcək ən yaxşı şeydir.
Həmişə məni irəli getməyə təşviq edir, çünki həmişə rəqibi ilə təkbətək oynamaq istəyir. Mən arxaya baxmamağa öyrəşmişəm və bu, hücumameyilli oyunçu üçün çox yaxşıdır”, - Messi bildirib.
Bu mövsüm 25 yaşlı Romero Premyer Liqada 4 oyun keçirib və 2 qol vurub.
“Transfermarkt” internet portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.
Messi dünyanın ən yaxşı müdafiəçisini AÇIQLADI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.