Beynəlxalq konsaltinq şirkəti Brand Finance tərəfindən aparılan araşdırmaya əsasən, Türkiyə dünyanın ən dəyərli ölkə brendləri siyahısında 19-cu yeri tutub.
Məlumata görə, Türkiyə brendlərinin ümumi dəyəri ötən illə müqayisədə 114 milyard dollar artaraq 487 milyard dollara çatıb.
Bu nəticə ilə Türkiyə Avstriya, Belçika və Yunanıstan kimi bir sıra Avropa İttifaqı ölkələrini geridə qoyub.
Qiymətləndirmə turizm və məhsullar da daxil olmaqla dörd əsas meyar üzrə aparılıb.
Araşdırmaya görə, siyahıya ABŞ başçılıq edir — ölkə brendlərinin dəyəri təxminən 15 trilyon dollar təşkil edir. Çin isə irəliləyərək Almaniyanı geridə qoyub.
Reytinqin sonunda isə Gürcüstan və Kamerun qərarlaşıb — bu ölkələrin brend dəyəri təxminən 9 milyard dollar qiymətləndirilir.

