Sahibkar və milyarder İbrahim Süleymanov 2004-cü ildə baş vermiş qətl işi ilə bağlı saxlanılıb.
DenMedia.az xəbər verir ki, bu barədə Telegram kanalı 112 mənbəyə istinadla məlumat yayıb.
İstintaqın versiyasına görə, Süleymanov Federal Maliyyə Sağlamlaşdırma və Müflisləşmə Xidmətinin (FSFO) rəhbəri Georgi Talyın qətlini sifariş edib. Taly Moskvanın mərkəzində odlu silahla güllələnib. O, xəstəxanaya çatdırılsa da, bir neçə saat sonra reanimasiyada aldığı yaralardan dünyasını dəyişib.
İki gün əvvəl hüquq-mühafizə orqanları cinayətin icraçısını saxlamışdı. İndi isə polis ehtimal olunan sifarişçiyə – Süleymanova çatıb.
Telegram kanalı Baza xəbər verir ki, milyarder oktyabrın 2-nə keçən gecə saxlanılıb.
“İzvestiya”nın yazdığına görə, Süleymanov və qardaşı Rəsul 2024-cü ildə iri IT şirkəti *“Sirena-Travel”*in benefisiarları olublar.
2007-ci ildə isə sahibkar dələduzluq və pul yuyulmasında ittiham olunmuşdu. Zərər 4,5 milyon ABŞ dollarını keçmişdi. Başman məhkəməsi iş ortaqlarını 10 il müddətinə azadlıqdan məhrum etmişdi. 2015-ci ildə Süleymanov şərti azadlığa buraxılıb.