ABŞ-ın Bullhed-Siti şəhərinin polisi 37 il əvvəl tapılan gənc qızın qalıqlarını identifikasiya edib.
Bu barədə ABC 15 məlumat yayıb.
1989-cu ilin mayında inşaatçılar boş ərazidə insan skeleti aşkar etmişdilər. Məhkəmə-tibb ekspertləri qalıqların 17-19 yaşlı qıza aid olduğunu müəyyənləşdirmişdilər. Ekspertlərin rəyinə görə, qız 1979-1987-ci illər arasında öldürülmüş ola bilərdi.
Uzun illər ərzində qalıqların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmayıb. Onlar Kaslberri küçəsində tapıldığı üçün qıza şərti olaraq “Kaslberri Keyt” adı verilmişdi.
2024-cü ildə şəhər polisi işi genetik geneologiya vasitəsilə şəxsiyyəti müəyyən edilməmiş qalıqların identifikasiyası ilə məşğul olan DNA Doe layihəsinə təhvil verib.
Araşdırma nəticəsində qalıqların 1982-ci ildə itkin düşən 17 yaşlı Sonya Elis Lenqana aid olduğu məlum olub.
Bildirilir ki, qızın ailə üzvləri ilə münasibətləri gərgin olub. Buna görə yaxınları onun evi könüllü şəkildə tərk etdiyini düşünüblər. Onlar Sonyanın təhlükə ilə üzləşə biləcəyini ehtimal etməyiblər və onun itkin düşməsi ilə bağlı polisə müraciət etməyiblər.

