ABŞ-nin Kaliforniya ştatındakı meşəlik ərazidə iki nəfər ABŞ Meşə Xidmətinin iki bioloqunu girov götürüb.
Bu barədə Federal Təhqiqat Bürosunun (FBI) direktoru Keş Patel “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, təxminən 10 saat davam edən danışıqlardan sonra girovlar sağ-salamat azad ediliblər.
Keş Patel əməliyyatda iştirak edən FBI-nin xüsusi bölmələrinin operativ və peşəkar fəaliyyətindən qürur duyduğunu bildirib.
Şübhəli şəxslərin bioloqları hansı məqsədlə girov götürdükləri açıqlanmayıb. Hadisənin digər təfərrüatları barədə də hələlik məlumat verilməyib.

