Astroloqların proqnozlarına görə, 2026-cı ildə uğur cəsarətli, təşəbbüskar və yaradıcı insanların tərəfində olacaq. Bu barədə Pravda-nn nəşri məlumat yayıb. Mütəxəssislərin fikrincə, il xüsusilə yaradıcılıqla məşğul olanlar, həmçinin təhsil, hüquq və dövlət qulluğu sahələrində çalışanlar üçün əlverişli olacaq.
Astroloq Mari̇ya Serova bildirib ki, belə illər adətən böyük dəyişikliklər, çoxsaylı hadisələr və gözlənilməz dönüşlərlə yadda qalır:
“Sonuncu dəfə bu, 1966-cı ildə baş vermişdi — həmin il dünya bir çox kəşflərin, səs-küylü musiqi və kino premyeralarının, idman nailiyyətlərinin və hətta çevrilişlərin şahidi oldu”, — deyə Serova qeyd edib.
Ekspertlərin sözlərinə görə, At ili liderlik keyfiyyətlərini, fəaliyyət sahəsinin dəyişdirilməsini və iddialı layihələrə başlamağı təşviq edir. Xüsusilə yaradıcı insanlar güclü ilham axını hiss edəcəklər.
“Təhsil, hüquq, xarici dillər, turizm və dövlət qulluğu ilə bağlı sahələri xüsusilə əlverişli perspektivlər gözləyir”, — deyə Serova əlavə edib.
Bununla yanaşı, astroloq Tamara Qloba bəzi çətin dövrlər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, fevralın üçüncü həftəsində yeni işlərə başlamaq tövsiyə olunmur. Şəxsi həyatda isə, xüsusilə iyunun birinci yarısında, Venera və Yupiterin nadir qovuşması fonunda romantik yüksəliş gözlənilir. Lakin sentyabrın ikinci yarısı gərginlik və emosional dalğalanmalar gətirə bilər.
Astroloqların fikrincə, əsas tövsiyə özünə və partnyora qarşı dürüst olmaqdır.

