Ahmad Tea şirkətinin titesteri Anton Tarasov bildirib ki, çay müntəzəm istifadə edildikdə demensiya riskini azalda bilər.
O, bu barədə Lenta.ru-ya açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, çayın müsbət təsiri onun tərkibində olan polifenollarla bağlıdır. Bu təbii antioksidantlar damarları qoruyur, iltihabı azaldır və hüceyrələrə zərər verən oksidləşdirici stressi zəiflədir. Ən nəzərəçarpan effekt gündə bir-iki fincan çay içildikdə müşahidə olunur.
Tarasov qeyd edib ki, yekun nəticələr üçün əlavə araşdırmalar tələb olunsa da, artıq indidən çayın beyin sağlamlığı üçün faydalı olduğunu demək mümkündür.
Mütəxəssis vurğulayıb ki, müxtəlif çay növlərində antioksidantların miqdarı fərqlənir. Yaşıl çay güclü antioksidant sayılan katexinlər baxımından liderdir və oksidləşdirici stresslə daha fəal mübarizə aparır. Qara çay fermentasiya olunduğuna görə katexin baxımından geri qalsa da, damarları qoruyan və xolesterini azaltmağa kömək edən digər birləşmələrlə zəngindir. Ulonq çayı isə qismən fermentasiya sayəsində yaşıl və qara çayın xüsusiyyətlərini birləşdirir.
Tarasovun sözlərinə görə, əsas məsələ çayı davamlı vərdiş halına gətirmək və uzunmüddətli olaraq istifadə etməkdir.

