Daimi şəkildə qulaqcıqdan istifadə daxili qulaqda yerləşən eşitmə hüceyrələrinə zərər verə bilər.
Həkim-terapevt Yevgeni Tarasov “Podmoskovye segodnya” nəşrinə açıqlamasında bildirib ki, bu hüceyrələr demək olar ki, bərpa olunmur.
“İnsan bir günə qulaqcıqdan kar olmaz. Lakin yüksək səslərin daimi təsiri daxili qulaqdakı eşitmə hüceyrələrini tədricən zədələyir. Bu hüceyrələr praktiki olaraq bərpa olunmur”, deyə Tarasov bildirib.
Həkim musiqini bir neçə saat ardıcıl şəkildə və maksimal səs səviyyəsində dinləməməyi tövsiyə edib.
Onun sözlərinə görə, qulaqcıqdan istifadə etdikdən sonra qulaqda cingilti, səs-küy, dolğunluq və tutulma hissi yaranırsa, bu əlamətlərə diqqət yetirmək lazımdır.

