Nevroloq İrina Qaleeva bildirib ki, beyin zədələnmiş və ya məhv olmuş sinir hüceyrələrinə (neyronlara) müəyyən dərəcədə əvəz yarada bilər.
DenMedia.az xəbər verir ki, onun “Zdorovye Mail”ə verdiyi məlumata görə, beyin özünü yenidən qurur və siqnalları başqa neyron yolları vasitəsilə ötürməyə başlayır.
Mütəxəssisin sözlərinə görə, yetkin insanlarda neyronlar bölünmə qabiliyyətinə malik deyil, buna görə də, məsələn, insult nəticəsində beyində baş verən zədələnmələr zamanı ölən hüceyrələr bərpa olunmur. Lakin sağ qalan neyronlar onların funksiyalarının bir hissəsini öz üzərinə götürərək itkiləri müəyyən qədər kompensasiya edə bilirlər.