Bu gün Sabirabad və Hacıqabul rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə DenMedia.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq bu gün işlər başa çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (7298 abonent), Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talış binalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3322 abonent), həmçinin "Nərimankənd" QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

