İsmayıllı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Şəki regional qrupunun DenMedia.az -a verdiyi məlumata görə, 34 yaşlı Söhbət İsmayılov polis əməkdaşları tərəfindən tutulub. Onun üzərindən və gizlətdiyi yerlərdən təxminən 2 kiloqram marixuana, eləcə də çətənə toxumları aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs narkotik vasitələri meşə massivində satış məqsədilə gizlədib.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

