"Dollar beynəlxalq ticarətdə lider mövqelərini qoruyub saxlayacaq".
Bu fikri International Monetary Fund-in icraçı direktoru Kristalina Georgieva səsləndirib. Onun sözlərini Bloomberg sitat gətirib.
Georgiyeva dolların məzənnəsindəki qısamüddətli dalğalanmalara aldanmamağa çağırıb və yaxın vaxtlarda bu valyutanın rolunun dəyişəcəyinə dair əlamət görmədiyini bildirib. O, dolların bu qədər əhəmiyyət qazanmasının səbəblərinə diqqətlə baxmağı tövsiyə edib və ABŞ kapital bazarlarının dərinliyi və likvidliyi, iqtisadiyyatın miqyası və sahibkarlıq ruhunu əsas amillər sırasında qeyd edib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan bazarlar dolların zəifləməsindən faydalana bilər, çünki bu, xarici borc üzrə faiz ödənişlərini asanlaşdırır.

