Bakıda Azərbaycan–ABŞ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, danışıqlar ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində baş tutub. Görüşdə nümayəndə heyətinə Palatanın Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi rəhbərlik edib.
Nazir bildirib ki, tərəflər Azərbaycan–ABŞ enerji tərəfdaşlığının yeni mərhələyə çıxarılması imkanlarını, həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

