Keçmiş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib.
Vida mərasimi bu gün saat 12:00-da Bakıda Heydər məscidində keçirilir. Bu barədə mərhumun oğlu Elçin Ağamalı Oxu.az-a məlumat verib.
Onun sözlərinə görə, mərasimdən sonra Fazail Ağamalı Ramana qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. Hazırda Heydər məscidində vida mərasimi davam edir.

