İndoneziya Qəzza sektoruna stabilləşdirici qüvvələrin tərkibində hərbi kontingent göndərməyi planlaşdırır. Bu barədə Kan məlumat yayıb.
Kan mənbələrinin bildirdiyinə görə, indoneziyalı hərbçilərin anklavda yerləşdirilməsinin dəqiq vaxtı hələ müəyyənləşməyib. Lakin onların Qəzzanın cənubunda, Rafah ilə Xan Yunis şəhərləri arasındakı ərazidə dislokasiya ediləcəyi məlumdur. Hazırda hərbçilərin yerləşdirilməsi üçün hazırlıq işləri aparılır, o cümlədən yaşayış sahələrinin tikintisi planlaşdırılır ki, bunun bir neçə həftə çəkəcəyi gözlənilir.
Kontingentin say tərkibi açıqlanmır, lakin Kan-ın məlumatına görə, bir neçə min hərbçinin göndərilməsi müzakirə olunur. Dünyanın ən sıx məskunlaşmış müsəlman dövləti olan İndoneziya, beynəlxalq stabilləşdirici qüvvələrin tərkibində Qəzzaya əsgər göndərən ilk ölkə olacaq.

