Türkiyə XİN İranın Naxçıvana endirdiyi zərbə ilə bağlı bəyanat yayıb.
Denmedia.az xəbər verir ki, bəyanatda Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücumların qəti şəkildə pisləndiyi bildirilib.
“Bu gün (5 mart) Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyirik. Üçüncü ölkələri hədəfə alan və müharibənin yayılması riskini artıran bu cür hücumlar dərhal dayandırılmalıdır. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında dayanmağa davam edəcək”, — deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

