Küveyt sahillərində tankerdə partlayış baş verib, neft sızması qeydə alınıb.
Bu barədə Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilir ki, lövbərdə dayanan tankerin kapitanı gəminin sol tərəfindən güclü partlayış səsi eşitdiyini, daha sonra isə hadisə yerini tərk edən kiçik bir gəmini gördüyünü bildirib.
Məlumata görə, partlayışdan sonra yük tankından suya neft sızması qeydə alınıb.
Hadisə Küveytin sahilyanı Mubarak əl-Kəbir şəhərindən 30 dəniz mili cənub-şərqdə baş verib. Qeyd olunur ki, gəmi heyəti təhlükəsizdir, lakin tankerinin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

