ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təşkilatın təsisçi üzvü qismində salamlamaqla bağlı açıqlama yayıb.
Bu barədə qurumun X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan paylaşımda qeyd olunub.
“Sülh Şurası" böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi Azərbaycanı salamlayır”, — deyə məlumatda bildirilir.
Xatırladaq ki, 22 yanvar tarixində Davosda “Sülh Şurasının Nizamnaməsi” adlı sənədin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.


