Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi bildirib ki, İranda saxlanılan iki yapon vətəndaşdan biri azad edilib və hazırda Azərbaycandadır.
Nazir yerli televiziya efirində qeyd edib ki, digər vətəndaşın tezliklə azad olunması istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, azad edilən şəxs hazırda Azərbaycandadır və yaxın vaxtlarda Yaponiyaya qayıdacaq. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, o, 2025-ci ilin yayında saxlanılıb, lakin ittihamların detalları açıqlanmayıb.
İkinci saxlanılan şəxs isə NHK telekanalının Tehrandakı bürosunun rəhbəridir və o, yanvarın 20-də həbs edilib.

