İranda casusluq ittihamı ilə İsveç vətəndaşı edam edilib, rəsmi Stokholm buna etirazını bildirib.
Bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik İranın İsveçdəki səfirini çağıraraq rəsmi etirazını çatdırıb və məsuliyyətin tam şəkildə İranın üzərinə düşdüyünü bəyan edib.
Məlumata görə, edam edilən şəxs 2019-cu ildə İsveç vətəndaşlığını alıb, eyni zamanda İran vətəndaşı da olub.
İsveçin xarici işlər naziri Malmər Stenerqard bildirib ki, ölkəsi İranda insan hüquqlarının pozulmasını qətiyyətlə pisləməyə davam edəcək.
Onun sözlərinə görə, həmin şəxsin ötən ilin iyununda saxlanılmasından sonra bu məsələ dəfələrlə İran tərəfi qarşısında qaldırılıb.

