Çin Xalq Respublikasının Sədri. Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının sədr müavini Çjan Qotsin Azərbaycana səfər edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Səfər mayın 17-18-də baş tutacaq. Çjan Qotsin Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumunun, yəni WUF13-ün Liderlər Sammitində iştirak edəcək.

