Azərbaycanın Baş naziri Əli Əsədov Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı iqtisadiyyat, ticarət, energetika, humanitar sahə və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyin əhəmiyyəti də qeyd edilib. Ukrayna xalqına humanitar yardım göstərilməsinə və mülki infrastrukturun bərpasına verilən töhfəyə görə təşəkkür ifadə olunub.

